Təhsil Nazirliyi bölgələrdə çalışan müəllimlərin əməyinin stimullaşdırılması üçün hökumətə yeni təkliflər təqdim edib

Təhsil Nazirliyi bölgələrdə çalışan müəllimlərin əməyinin stimullaşdırılması üçün hökumətə yeni təkliflər təqdim edib
# 17 iyul 2014 16:23 (UTC +04:00)

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, hazırda təkliflər hökumətdə baxılır. Onun sözlərinə görə, təkliflər müzakirə mərhələsində olduğuna görə konkret tədbirlər barədə məlumat vermək hələlik tezdir. Nazirlik rəsmisi qeyd edib ki, ötən stimullaşdırma tədbirləri ilə müqayisədə hökumətə təqdim edilən yeni təkliflərdə müəyyən fərqlər var.

“Yaxın vaxtlarda həmin təkliflərlə bağlı mövqe müəyyənləşəcək və bu barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə F. Qədirov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR