İranda iki azərbaycanlı fəal azadlıqdan məhrum edilib

İranda iki azərbaycanlı fəal azadlıqdan məhrum edilib
# 05 aprel 2013 02:18 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda iki azərbaycanlı fəal azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, Marağa İnqilab Məhkəməsi Mehdi Kuxiyana 1 il, Abbas (Oxtay) Vəlizadəyə isə 8 il həbs cəzası verib. Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, islam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıblar.

Qeyd edək ki, Mehdi Kuxiyan və Abbas Vəlizadə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR