"AFB Bank"ın səhmlərinin yerləşdirilməsinə başlanır

"AFB Bank"ın səhmlərinin yerləşdirilməsinə başlanır
# 17 sentyabr 2014 13:11 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bakı Fond Birjasında (BFB) " AFB Bank " ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanılır.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 265 manat, sayı 8 445 ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. 682 925 min manat təşkil edir.

Yerləşdirmədə anderrayter kimi “Texnika Kapital Menecment” MMC çıxış edir və 22 Sentyabr 2014-cü il tarixindən etibarən səhmlərin yerləşdirilməsinə başlanılması nəzərdə tutulub.

Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 20,41% artaraq 63 mln. 029,945 min manata çatacaq.

Emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi

AZ1005008599

Emissiyanın həcmi

10 682 925 AZN

Qiymətli kağızın miqdarı

8445 ədəd

Nominal dəyəri

1265 AZN

Anderrayter

« Texnika Kapital Menecment » MMC

Üstünlük hüququ müddətinin bitməsi tarixi

Nəzərdə tutulmayıb

Yerləşdirmənin başa çatma tarixi

05.08.2015

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR