Minsk: Belarus Rusiya ilə ticarətdə 739 milyon dollar itirib

Minsk: Belarus Rusiya ilə ticarətdə 739 milyon dollar itirib
# 19 dekabr 2014 00:31 (UTC +04:00)

Bu barədə APA "TASS"-a istinadən xəbər verir. “Cari ilin 11 ayının nəticələrinə əsasən, bizim iqtisadiyyatımızda müəyyən artım olub. Lakin Rusiya iqtisadiyyatında yaranmış vəziyyət bizim hökuməti narahat edir. Rusiya istiqamətində biz artıq 739 milyon dollar itirmişik”, - deyə Myasnikoviç qeyd edib.

Baş nazirin sözlərinə görə, ölkə itkiləri digər ölkələrə ixrac hesabına ilə kompensasiya edir.

“Hökumət bundan sonra da ixracın şaxələndirilməsi ilə məşğul olacaq”, deyə o qeyd edib.

Qeyd edək ki, Belarud prezidenti Aleksandr Lukaşenko bundan əvvəl Rusiya ilə hesablaşmaları dollar və avro ilə aparmaq niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR