“Bank of Baku” və “Bakcell” yeni layihəyə start verib

“Bank of Baku” və “Bakcell” yeni layihəyə start verib
# 25 iyul 2014 09:30 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank of Baku” və “Bakcell” yeni, müştərək layihəyə start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Ulduzum” layihəsi çərçivəsində “Bakcell”in “Cin” abunəçiləri sərfəli şərtlərlə “Bank of Baku”-nun məhsul və xidmətlərindən faydalana biləcək.

Bu layihəyə qoşulmaq üçün “bank” yazıb SMS ilə 5555 nömrəsinə göndərmək lazımdır.

Bankın nümayəndələri müştəri ilə qısa zamanda əlaqə saxlayacaq və banka dəvət edəcək.

“Ulduzum” proqramının üzvü olan “Bakcell” abunəçiləri “Bank of Baku”da krediti növbəsiz əldə edəcək. Üstəlik kredit və ya “Bolkart” rəsmiləşdirən müştəriyə 60 dəqiqəlik mobil danışıq hədiyyə olunacaq.

Beləliklə, layihə çərçivəsində mobil operator abunəçiləri sərfəli kredit rəsmiləşdirə, kredit kartlar əldə edə və digər kredit məhsullarından bəhrələnə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR