Gəncə sakini öz evini yandırıb - VİDEO

Gəncə sakini öz evini yandırıb - <span style="color: red;">VİDEO
# 07 iyun 2015 18:26 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yaşayış evi yanıb.

APA-nın məlumatına görə, hadisə bu gün saat 19 radələrində şəhərin İsmət Qayıbov küçəsi 3-cü dalan ev 5-də qeydə alınıb.

Gəncə şəhər sakini, 1963- cü il təvəllüdlü Şahin Məmmədova məxsus ümumi sahəsi 90 kvadratmetr olan 4 otaqlı evin 81 kvadratmetrində yerləşən 3 otağı yanaraq yarasız hala düşüb.

Hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb və bir otaq alovdan xilas edilib.

Məlumata görə, evi sahibi Şahin Məmmədov sərxoş halda özü yandırıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR