Bakıda baş verən yol qəzasında bir nəfər ölüb

Bakıda baş verən yol qəzasında bir nəfər ölüb
# 10 oktyabr 2015 10:07 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun M. Müşfiq küçəsində qeydə alınıb. Bakı şəhər sakinləri Şahmalı Nəsibovun idarə etdiyi “Chevrolet” və Fərzəli Fərzəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F. Fərzəliyev hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR