Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, saziş iki ölkə arasında müvafiq əraziləri və ərazilərindən kənarda hava əlaqəsini yaratmaq məqsədilə imzalanıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.