Azərbaycanda yeni dəniz ticarət limanının tikintisi 2015-ci ildə başa çatacaq

Azərbaycanda yeni dəniz ticarət limanının tikintisi 2015-ci ildə başa çatacaq
# 07 iyun 2012 09:14 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakı yaxınlığında yeni dəniz ticarət limanının tikintisi 2015-ci ildə başa çatacaq.

APA-Economics”in xəbərinə görə, bunu Bakıda keçirilən Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) Nazirlər Müşavirəsinin plenar iclasında Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, limanın gücü ildə 8 mln. ton yük və 50 min konteyner olacaq. Liman tam gücü ilə işləyəndə gücü ildə 25 mln. tona və 1 mln. konteynerə çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR