“Reuters”in prezidenti: “Müasir texnologiya medianın simasını tədricən dəyişir”

“Reuters”in prezidenti: “Müasir texnologiya medianın simasını tədricən dəyişir”
# 05 iyul 2012 14:47 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında İTAR-TASS Agentliyinin təşkilatçılığı ilə keçirilən Ümumdünya Media Sammitində iştirak edən “Reuters” agentliyinin prezidenti Syuzan Teylor Martin deyib. O bildirib ki, dünya xəbər məkanında müasir texnologiya medianin simasini tədricən dəyişir: “Biz bu dəyişikliyə hazır olmalıyıq. Bu cür toplantılar bizə imkan verir ki, təcrübələrimizi və fikirlərimizi bölüşə bilək. Əminəm ki, müasir qloballaşan dünyada medianin konkret çağırışları var. Texniki sədlər var ki, biz bu sədləri keçməyi bacarmalıyıq. Bu cür sədləri keçməklə dünyada KİV-lər arasında əməkdaşlığı inkişaf etdirə bilərik”.
“Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov isə qeyd edib ki, internetin inkişafı ilə media strukturunun forması və məzmunu dəyişib: “Biz jurnalistlər internet mediası və onun dərinlikləri haqda hələ çox az məlumatlıyıq. İnternet 21-ci əsrin çağırışıdır və bu çağırış mövzu olaraq Ümümdünya Media Sammitində müzakirə edilməlidir”. A. Venediktov sammitdə media resursları ətrafında müzakirələr aparacaqlarını və aktual məsələ kimi internetdə “piratçılıq” mövzusunu müzakirə edəcəklərini söyləyib: “Piratçılığın qarşısını almağın yollarini tapmalıyıq”.
Qeyd edək ki, iki gün davam edəcək “Dünya mediası: XXI əsin çağırışları” devizi altında keçirilən Ümumdünya Media Sammitində 300-dən çox top-menecer və 103 ölkədən 213 KİV nümayəndəsi iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR