Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 14 may 2012 06:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,95 dollar və ya 1,0% azalaraq 1 barelə görə 96,13 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, mayın 11-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,47 dollar və ya 0,4% azalaraq 112,26 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR