Şimal bölgəsində hava şəraiti pisləşib

Şimal bölgəsində hava şəraiti pisləşib
# 10 mart 2012 09:24 (UTC +04:00)
Quba. Vəli Turan-APA. Ötən gündən başlayaraq, şimal bölgəsinə güclü qar yağıb, havanın hərarəti 3-5 dərəcə aşağı düşüb. Bəzi ərazilərdə qarın qalınlığı 40 santimetrə çatır. Quba Regional Hidrometeorologiya müəssisəsindən APA-nın bölgə müxbirinə verilən məlumata görə, Altıağaca 41 sm, Qubaya isə 10 sm qalınlığında qar yağıb. Hazırda ərazidə yağıntı davam edir. Quba 5 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, yollarda avtomobillərin hərəkəti üçün problem yaranmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR