Naxçıvanda «Evədək optika» layihəsinə start verilib

Naxçıvanda «Evədək optika» layihəsinə start verilib
# 03 sentyabr 2012 10:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Naxçıvan Muxtar Respublikasında «Evədək optika» layihəsinin icrasına başlanılıb.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, layihə GPON («Giqabit Passive Optical Network») avadanlığı vasitəsilə həyata keçirilir.

Bu avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif vasitəsilə telefon, yüksəksürətli internet, videotelefon və İP televiziya adlanan rəqəmli televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edəcək. GPON avadanlığının tətbiqi mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini, buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Avadanlığın köməyi ilə optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə, ona mis məftilin imkanlarından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkün olacaq. GPON avadanlığı ilə bir binaya gələn tək bir optik xətt splitterlər (ayrıcılar) vasitəsilə 256 abonentə xidmət göstərəcək. Bundan başqa, bu avadanlıqlar abonentlərə bir xətlə iki telefon nömrəsini işlətmək imkanı verəcək.

Qeyd edək ki, ümumilikdə Naxçıvanda istismar olunan avtomat telefon stansiyaların 86%-i optik arabağlantılarla təmin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR