Bakıda 47 yaşlı qadın intihar edib

Bakıda 47 yaşlı qadın intihar edib
# 16 iyul 2012 15:04 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Xəzər Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayon ərazisində yerləşən “Donuzçuluq sovxozu” adlanan yerdə qeydə alınıb. Orada yaşayan, 47 yaşlı Xavər Vəli qızı Məmmədova yaşadığı evin hamamında özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR