Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib – YENİLƏNİB 2 - FOTOSESSİYA - VİDEO

Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib – <font color=red>YENİLƏNİB 2 - FOTOSESSİYA - VİDEO</font>
# 01 avqust 2012 10:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov. Ramil Məmmədli – APA. Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində, “Ramin” şadlıq evinin yaxınlığında yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın baş verən yataqxananın sakinləri evakuasiya edilib.

Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində meydana gəlib. Yataqxanadakı sakinlərin hamısı evakuasiya edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 14-cü Aşırım küçəsində yerləşən 5 mərtəbəli yataqxana binasının yuxarı mərtəbələrində meydana gəlib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistlərə açıqlamasında deyib ki, yanğının səbəbləri araşdırılacaq. Hazırda yanğının səbəbləri məlum deyil.

Hadisə yerinə 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı xəsarət alan olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR