Ötən ay Azərbaycanda 61 qida zəhərlənməsi halı olub

Ötən ay Azərbaycanda 61 qida zəhərlənməsi halı olub
# 21 fevral 2012 13:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin yanvar ayı ərzində ölkənin sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 31 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub. İki obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 325, mikrobioloji göstəricilərinə görə 259, toksikoloji göstəricilərinə görə 92, radioloji göstəricilərinə görə 13 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 10-unda orqanoleptik və fiziki-kimyəvi, 5-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 920 yaxma nümunəsi götürülüb, yaxma nümunələrində mikrobioloji çirklənmə aşkar edilib. Yanvar ayı ərzində əhali arasında 61 qida zəhərlənməsi hadisəsi baş verib, 66 nəfər zərərçəkən olub. O cümlədən 4 botulizm hadisəsi baş verib, nəticədə 6 nəfər zərər çəkib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR