«Facebook»un səhmləri 8% ucuzlaşıb

«Facebook»un səhmləri 8% ucuzlaşıb
# 18 iyul 2012 07:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un səhmləri iyulun 17-də 8% ucuzlaşaraq şirkətin IPO keçirməsindən indiyədək ən aşağı həddə düşüb.

«APA-Economics»in «Bloomberg»ə istinadən məlumatına görə, səhmlərin kəskin ucuzlaşması şirkətin rüblük gəlirlərinin azalması ilə əlaqədar investorların narahatlığının nəticəsidir.

«Facebook» gəlirlərin azalması barədə məlumatı gələn həftə açıqlamağa hazırlaşır. Analitiklərin məlumatına görə, bu ilin ikinci rübündə şirkətin satışları 3,9% azalaraq 1,16 mlrd. dollara düşüb. Nəticədə iyulun 17-də Nyu-York birjasında şirkətin səhmləri 8,1% azalaraq 28,25 dollara düşüb. Bununla da «Facebook»un səhmlərinin qiyməti ictimai yerləşdirmə (IPO) zamanı qeydə alınan 38 dollardan indiyədək 26% azalıb.

Qeyd edək ki, «Facebook»un səhmlərinin mayın 18-də baş tutan ictimai yerləşdirilməsi zamanı şirkətin səhmlərinin qiyməti 38 dollar müəyyənləşib. Yerləşdirmədən bir gün sonra səhmlər 10% ucuzlaşıb. Ümumilikdə indiyədək «Facebook»un səhmləri 26% ucuzlaşıb.

Səhmlərin qiymətini 29 dollardan da aşağı enməsi nəticəsində «Facebook»un təsisçisi və sahibi Mark Tsukerberq dünyanın ən varlı 40 adamının siyahısını tərk edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR