Azərbaycan banklarında müddətli əmanətlərin həcmi son bir ildə 36% artıb

Azərbaycan banklarında müddətli əmanətlərin həcmi son bir ildə 36% artıb
# 11 may 2012 13:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilmiş müddətli əmanətlərin ümumi həcmi 2012-ci ilin martın 1-nə 3,449 mlrd. manata bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin martın 1-nə nisbətən 920 mln. manat və ya 36,4% artıb. O cümlədən, təkcə bu ilin ilk iki ayı ərzində artım 173 mln. manat və ya 5,3%-ə bərabər olub.

Əhalinin müddətli əmanətlərinin son bir ildə 36% artması yüksək göstəricidir və əhalinin banklara, o cümlədən özək banklara etibar etdiyini göstərir.

Bununla yanaşı qeyd olunmalıdır ki, müddətli əmanətlərin 51,6%-i manatla qoyulan əmanətlərin payına düşür. Bu göstərici ötən ilin martın 1-də 42%-ə bərabər olub, 2012-ci ilin əvvəlində artıq 51% olub. Beləliklə, 2011-ci ildə əmanətlərin strukturunda manatın xüsusi çəkisi artıb və nəticədə, milli valyutada olan əmanətlərin həcmi xarici valyutada olan əmanətlərin həcmindən çoxdur. Bu fakt əhali arasında manata olan etibarlığın gücləndiyini göstərir ki, bu da ötən il ərzində manatın ABŞ dollarına qarşı məzənnəsinin 1,4% möhkəmlənməsi nəticəsində baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR