Azərbaycanda doktoranturaya qəbul elanı bu ayın sonunda veriləcək

Azərbaycanda doktoranturaya qəbul elanı bu ayın sonunda veriləcək
# 13 avqust 2012 08:47 (UTC +04:00)
Bu barədə APA-ya AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, doktoranturaya sənəd qəbuluna sentyabrın əvvəlində başlanacaq və bir ay davam edəcək.

A. Həşimov bildirib ki, AMEA 2012-2013-cü tədris ili üçün doktoranturaya qəbul planını Azərbaycan Nazirlər Kabinetinə təqdim edib, qəbul planı yaxın günlərdə təsdiqlənəcək. AMEA-nın qəbul planında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 332, elmlər doktoru proqramı üzrə 120 yerin ayrılması təklif edilib.

AMEA-nın I vitse-prezidenti “Azərbaycanda doktorantura təhsilinin dövlət standartı və proqramı”nın yekun variantının Nazirlər Kabinetinə təqdim edildiyini və doktorantura təhsilini tənzimləyən bu standartların yaxın vaxtlarda təsdiqlənəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR