Suriyanın İslam Əməkdaşlıq Təşkilatında üzvlüyü dayandırılır

Suriyanın İslam Əməkdaşlıq Təşkilatında üzvlüyü dayandırılır
# 14 avqust 2012 01:56 (UTC +04:00)
Bakı-APA. İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Suriyanın bu təşkilatdakı üzvlüyünü dayandırıblar. Bu barədə RİA Novosti-yə İƏT-dəki mənbə məlumat verib.

Nazirlər təşkilatın sammiti öncəsi keçirilmiş iclasda müvafiq qərar qəbul ediblər. Sammit avqustun 14-15-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçiriləcək.

Sammitdə Suriya məsələsində başqa Myanmada müsəlman əhalisinin vəziyyəti və Fələstindəki durum müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR