Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib
# 05 iyul 2012 13:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 5 dövlət orqanında (Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Statistika Komitəsi, Səhiyyə Nazirliyi və Dövlət Dəniz Administrasiyası) inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 40 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Dövlət qulluğu haqqında” qanunun 29-cu maddəsinə uyğun olaraq, müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.

Ümumi müsahibə, o cümlədən qeydiyyatla bağlı ətraflı məlumat “Respublika” qəzetinin 6 iyul tarixli sayında veriləcək və sabahdan Komissiyanın rəsmi internet saytında yerləşdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR