Barak Obama rəsmi olaraq seçki kampaniyasına başlayıb

Barak Obama rəsmi olaraq seçki kampaniyasına başlayıb
# 06 may 2012 01:31 (UTC +04:00)
Bakı-APA.ABŞ prezidenti Barak Obama rəsmi olaraq seçki kampaniyasına başlayıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, prezident Obama xanımı Mişel ilə bərabər Ohayo və Virciniya ştatlarında keçirilən “Getməyə hazırıq” çüarı ilə keçirilən nümayişdə iştirak edib.

Obama işsizlik və iqtisadi inkişafın zəifləməsi kimi problemlərin davam etdiyi bir zamanda ikinci dövr prezidentlik uğrunda mübarizə aparacaq. Prezidentliyə başlayan zaman mövcud olan və həlli uğrunda mübarizə apardığı iqtisadi problemlər onun birinci dövr prezidentlik rekordunun bir hissəsidir. Prezident özünün həftəlik müraciətində bildirib ki, “Böyük depressiya” dövründən başlayaraq davam edən ən ciddi iqtisadi böhrandan sonra iqtisadi inkişafın bərpası davam edən bir işdir. 2008-ci ildə keçirilən kampaniyadakı kimi Obama səsvermə prosesində elektron sosial media əməliyyatını tətbiq edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR