BAXCP: Klintonun son səfəri növbəti dəfə təsdiqləyir ki, beynəlxalq birlikdən torpaqlarımızın azad olunması istiqamətində dəstək gözləmək əbəsdir
11 iyun 2012 14:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ABŞ dövlət katibi Hillari Klintonun səfəri müzakirə olunub, onun Cənubi Qafqaza səfəri zamanı səsləndirdiyi açıqlamaya etiraz bildirilib.
Bununla bağlı partiyanın verdiyi bəyanatda bildirilir ki, ABŞ dövlət katibi Gürcüstanda olarkən öz tarixi torpaqlarında yaşadıqları halda abxazların və osetinlərin öz müqəddəratlarını təyin etmək hüququnu tanımadığını, münaqişənin yalnız bu ölkənin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan etdiyi halda, Azərbaycana köçürülən azsaylı erməni icmasının öz müqəddəratını təyin etmək hüququnun olduğunu vurğulayıb: “Hillari Klintonun son səfəri növbəti dəfə təsdiq edir ki, beynəlxalq birlikdən torpaqlarımızın işğaldan azad olunması istiqamətində dəstək gözləmək əbəsdir. BAXCP iqtidarı neft pullarından istifadə etməklə müdafiə sənayesini inkişaf etdirməyə və torpaqlarımızın işğaldan azad olunması üçün effektli qərarlar qəbul etməyə çağırır. Eyni zamanda BAXCP radikal müxalifəti heç olmasa bundan sonra Qərbin müəyyən dairələrinin əlində alət olmamağa, ABŞ və onun müttəfiqlərinin riyakar siyasətini ifşa etməyə səsləyir”.

Daxili siyasət
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib, başqanın 6 müavini təyin edilib
16:23
18 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024