«Müsəlman qardaşlar» Misirin siyasi qüvvələrini dialoqa çağırıblar

«Müsəlman qardaşlar» Misirin siyasi qüvvələrini dialoqa çağırıblar
# 26 may 2012 01:49 (UTC +04:00)
Bakı-APA. «Müsəlman qardaşlar» təşkilatı Misirin bütün siyasi qüvvələrini «inqilabı xilas etmək» üçün dialoqa çağırıb. «Müsəlman qardaşlar»ın fikrincə, keçmiş baş nazir Əhməd Şəfiqin prezident seçkilərinin ikinci turuna çıxması köhnə rejimin bərpa cəhdidir.

Bəyanat «Müsəlman qardaşlar»ın namizədi Məhəmməd Mürsi və keçmiş baş nazir Əhməd Şəfiqin prezident seçkilərinin ikinci turuna çıxması barədə məlumatlar peyda olandan sonra yayılıb.

Şəfiq Hüsni Mübarək dövrünün sonuncu baş naziri olub. O 9 il Misirin mülki aviasiya nazirliyinə rəhbərlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR