Kayseridə həyata keçirilən terror aktında 4 nəfər həlak olub

Kayseridə həyata keçirilən terror aktında 4 nəfər həlak olub
# 26 may 2012 02:45 (UTC +04:00)
Bakı-APA. Türkiyədə Kayseri vilayətinin Pınarbaşı ilçəsində dünən PKK terrorçularının polis idarəsində həyata keçirdikləri terror hücumunda həlak olanların və yaralananların dəqiq sayı açıqlanıb. Hadisə nəticəsində 1 polis, 3 terrorçu həlak olub, 16 nəfər isə yaralanıb. Türkiyə daxili işlər naziri İdris Naim Şahinin sözlərinə görə, öncə 2 polisin şəhid olduğu barədə məlumat alınsa da, həkimlərin səyləri ilə ağır yaralanmış polis nəfəri xilas edilib.

Yaralıların 7 nəfəri polis, 9-u mülki şəxsdir. Yaralanan dinc sakinlər arasında 3 uşaq da var.

Bu arada PKK-çıların hücumda istifadə etdikləri maşının sahibi aşkar edilərək saxlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR