FHN: Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçıların tapılması istiqamətində zəruri tədbirlər davam etdirilir

FHN: Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçıların tapılması istiqamətində zəruri tədbirlər davam etdirilir
# 23 fevral 2012 07:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzərin Azərbaycan sektorunda itkin düşən balıqçılarla bağlı növbəti məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də saat 11:30 radələrində Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxmış içərisində 3 nəfərin olduğu iki mühərrikli qayıq geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb, FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri qayığın axtarışının aparılması üçün havaya qalxıb, Dövlət Sularda Xilasetmə Xidməti sahil boyu axtarış və müşahidə aparıb. Görülmüş tədbirlər nəticəsində Pirallahı adasından 30 km şimala doğru dənizdə çevrilmiş qayıq aşkar edilib. Bu gün balıqçıların tapılması istiqamətində zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR