BVF: İrandan neft ixracının dayandırılması neftin qiymətinin artmasına səbəb olacaq

BVF: İrandan neft ixracının dayandırılması neftin qiymətinin artmasına səbəb olacaq
# 23 mart 2012 16:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İrandan neft ixracının dayandırılması şübhəsiz ki, bir müddət neftin qiymətinin artmasına səbəb olacaq”. APA-nın məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqard jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, neftin qiymətinin artımı qlobal iqtisadiyyata ciddi təsir edəcək: “Beynəlxalq Valyuta Fondunun ehtimalına görə, İrandan neft ixracı dayandırıldığı təqdirdə, neftin qiymətinin 20-30 faiz artacağı gözlənilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR