İranda 3,5 və 4,7 bal gücündə iki zəlzələ baş verib

İranda 3,5 və 4,7 bal gücündə iki zəlzələ baş verib
# 10 fevral 2012 14:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu gün İranda iki zəlzələ baş verib. APA-nın məlumatına görə, yerli vaxtla saat 01:16-da ölkənin Kirman əyalətinin Kiyanşəhr şəhəri yaxınlığında Rixter cədvəli üzrə 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Daha sonra bu gün yerli vaxtla saat 12:30-da Tehran şəhərinin şərqində yerləşən Firuzkuh dağlıq zonasında 4,7 bal gücündə zəlzələ baş verib. Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz təbii fəlakətin episentrinin Dəmavənd şəhərinin Kilan məntəqəsi olduğunu açıqlayıb. Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR