London Olimpiadasına qatılacaq futbol yığmaları müəyyənləşib

London Olimpiadasına qatılacaq futbol yığmaları müəyyənləşib
# 24 aprel 2012 08:55 (UTC +04:00)
Bakı-APA. Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının kişilər arasında futbol turnirinin iştirakçılarının tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışa son vəsiqənin sahibi Seneqal yığması olub. Afrikalılar bu uğura Oman millisini 2:0 məğlub etməklə imza atıblar.

Seneqala qədər daha 15 vəsiqənin sahibi müəyyənləşib. Avropa zonasında Böyük Britaniya, Belarus, İsveçrə, İspaniya, Asiyada Yaponiya, BƏƏ, Cənubi Koreya, Afrikadan Qabon, Mərakeş, Misir, Cənubi Amerikadan Braziliya, Uruqvay, KONKAKAF zonasından Honduras, Meksika, Okeaniyadan isə Yeni Zelandiya Olimpiadaya vəsiqə qazanmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR