Nazir: “Təhsilin idarə olunması ilə məşgul olan dövlət orqanlarının məsuliyyəti və səlahiyyəti müəyyənləşdirilməlidir”

Nazir: “Təhsilin idarə olunması ilə məşgul olan dövlət orqanlarının məsuliyyəti və səlahiyyəti müəyyənləşdirilməlidir”
# 16 fevral 2012 09:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Təhsilin idarə olunması ilə məşgul olan dövlət orqanlarının məsuliyyəti və səlahiyyəti müəyyənləşdirilməlidir”. APA-nın məlumatına gərə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, çox qısa müddət ərznində buna nail olunmalıdır: “Bu məsələ qanunda çox ciddi nəzərə alınıb və orada hədd var. Ancaq təəssüf ki idarəetmə mexanizmlərində bu hədd ciddi nəzərə alınmır”.

M. Mərdanov təhsil müəssisələrinin akkreditasiyasına da toxunub. O qeyd edib ki, bu proses aparılır: “Çox güman ki yaxın gələcəkdə təhsil müəssisələrinin akkreditasiya edilməsində beynəlxalq məsləhətçilər də iştirak edəcəklər”.

Nazir ölkədə təhsill televiziyasının yaradılması ilə bağlı təklif irəli sürüb. Onun sözlərinə görə, belə televiziyanın yaradılması cəmiyyət üçün maraqlı olar və təhsillə bağlı məsələlər həmin televiziyada müzakirə edilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR