Pul üstündə dostunu qətlə yetirən şəxsə hökm oxunub

Pul üstündə dostunu qətlə yetirən şəxsə hökm oxunub
# 13 mart 2012 11:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dostunun başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Ceyhun Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, C. Camalov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ceyhun Camalov və Namiq Səfərəliyev uzun müddət bir yerdə işləyiblər və dost münasibətində olublar. Onların arasında baş verən münaqişəyə isə N. Səfərəliyevin C. Camalova olan borcunu ödəmək istəməməsi səbəb olub. Bunun üçün də Ceyhun bıçaqla Namiqə 11 bıçaq zərbəsi vurub. Daha sonra isə onun boğazını kəsib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR