«BP-Azerbaijan» şirkəti yeni ətraf mühit müqaviləsi imzalayıb

«BP-Azerbaijan» şirkəti yeni ətraf mühit müqaviləsi imzalayıb
# 27 aprel 2012 11:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «BP-Azerbaijan» şirkəti və onun tərəfdaşları veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzini (XEİM) təsis etmək üçün «GRİD-Arendal» təşkilatı ilə yeni ətraf mühit müqaviləsi imzalayıb.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb və onun nəticəsi olaraq Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə ediləcək «online» ekoloji məlumat bazasının yaradılması gözlənilir.

«Xəzər hövzəsində ətraf mühitin vəziyyəti haqqında ən son məlumatların etibarlı mənbəyi kimi xidmət göstərməkdən əlavə, XEİM ətraf mühitlə bağlı məlumatların toplanmasının yaxşılaşdırılması və ətraf mühitin idarə edilməsi üzrə ən yaxşı təcrübələrin mübadiləsi üçün yaradılır. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsi kimi istifadə ediləcək», - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, «GRİD-Arendal» Norveç qeyri-kommersiya təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlıq mərkəzidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR