BDU-da “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

BDU-da “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
# 25 may 2012 10:47 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, əməkdar elm xadimi, professor Mirəli Axundovun anadan olmasının 110-cu ildönümü münasibətilə gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda beynəlxalq elmi konfransı keçirilib. APA-nın məlumatına görə, konfransın plenar iclasını giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov M. Axundovun həyat yolundan, böyük elmi məktəbin yaradıcısı kimi xidmətlərindən bəhs edib: “Mirəli Axundov elm tarixində özünü təsdiqləmiş, tarixə düşmüş insandır. Moskvada xüsusi elmi məktəb keçən və onu Azərbaycana gətirən alimin əsərləri bu gün də öz aktuallığını qorumaqdadır. O, Azərbaycanda milli genetika elminin yaradıcılarından biridir”.

Sonra Milli Məclisin deputatı Kəmalə Əliyeva və BDU-nun biologiya fakültəsinin dekanı, professor Akif Quliyev çıxış ediblər. Konfrans iki gün davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR