«Bank Respublika» məcmu aktivlərini 22% artırıb

«Bank Respublika» məcmu aktivlərini 22% artırıb
# 21 may 2012 08:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 340,280 mln. manat təşkil edib ki, bu da ötən müvafiq dövrünün göstəricisi müqayisədə 22% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 25,4% artaraq 184,034 mlbn. manat, depozit portfeli 39,5% artaraq 175,397 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 21% artaraq 60,519 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 37,459 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın filiallarının sayı 17% artaraq 33-ə, bankomatların sayı 2,2% artaraq 46-ya, POS-terminalların sayı 38% artaraq 357-yə, işçilərin sayı isə 9,3% artaraq 548-ə çatıb.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında səhmdar kapitalında «25%+1 səhm» paketinə sahib olan Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» təşkilatı da var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR