Azərbaycanda ali məktəblərin magistraturalarının 26-cı proqramında ixtisaslaşma üzrə minimal bal endirilib

Azərbaycanda ali məktəblərin magistraturalarının 26-cı proqramında ixtisaslaşma üzrə minimal bal endirilib
# 27 iyun 2012 12:34 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildirilib. 26 saylı qəbul proqramı üzrə imtahan vermiş bakalavrların ixtisas üzrə göstərdiyi nəticələr zəif olduğuna görə ixtisaslaşmaların ödənişli yerlərinin müsabiqəsinə buraxılmaq üçün ixtisas üzrə minimal balı 20-dən 15-ə endirilib.

2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda bakalavrların ixtisaslaşma seçimi imkanları genişləndirildiyinə görə 19, 27, 35, 54 saylı qəbul proqramları üzrə müsabiqə vəziyyəti əvvəlki illərlə müqayisədə yaxşılaşıb.

Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə 6021 plan yerinə qəbul olmaq üçün keçirilən imtahanın II mərhələsində iştirak edən 8370 bakalavrın 6763-ü ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR