Slovakiya təmsilçisi “Eurovision-2012”də iştirak etmək üçün bütün əmlakını satıb

Slovakiya təmsilçisi “Eurovision-2012”də iştirak etmək üçün bütün əmlakını satıb
# 11 aprel 2012 18:30 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Slovakiyanın “Eurovision-2012” təmsilçisi Max Jason Mai bu müsabiqədə çıxış etmək üçün bütün əmlakını satıb. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, özünü bütün Avropaya tanıda bilmək üçün bu fürsəti yüksək qiymətləndirən Max Jason Mai müsabiqədə iştirakı ilə əlaqədar bir çox fədakarlıqlar göstərməli olub: “RTVS televiziyası ilə imzaladığım müqaviləyə əsasən “Eurovision”da iştirakımla əlaqədar bütün xərclərimi özüm ödəməli idim. Bakıda peşəkar şərtlərlə mükəmməl mahnı və şou göstərə bilmək üçün əlimdə olan qalan hər şeyi satdım. Slovakiya kimi kiçik bir ölkə üçün bu müsabiqədə qalib gəlmək necə də böyük şansdır. Hələ də buna can atıram. Slovakiyada çox insan mənim dəli olduğumu düşünür. Mən isə onlara fikir vermirəm. Əksinə bundan qürur duyuram. Və inanıram…”
Xatırladaq ki, Max Jason Mai “Don’t Close Your Eyes” adlı müsabiqə mahnısı ilə «Baku Crystal Hall» səhnəsinə mayın 24-də 15-ci çıxacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR