İsveçrənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

İsveçrənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
# 21 aprel 2012 01:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranla Birləşmiş Ərəb Əmirliyi arasında mübahisəli ada məsələsi ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsünün müavinin münasibət bildirməsinə etiraz olaraq İsveçrənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın məlumatına görə, Mahmud Əhmədinejadın Əbu Musa adasına səfəri ilə bağlı ABŞ rəsmisinin fikir bildirməsi İran tərəfindən daxili məsələyə müdaxilə kimi dəyərləndirilib. İran Xarici İşlər Nazirliyinin Şimali Amerika üzrə bölməsinin rəhbəri İsveçrə səfirinə bildirilib ki, digər adalar kimi Əbu Musa da İrana aiddir və Mahmud Əhmədinejadın bu adaya səfəri prezidentin ölkədaxili səfəri çərçivəsindədir: “Odur ki, ABŞ Dövlət Departamentinin rəsmisinin məsələ ilə bağlı münasibət bildirməsi İranın daxili işlərinə qarışmaqdır”. İran XİN-dən məsələ ilə bağlı ABŞ-ın izahat verməsi istənilib. İsveçrənin səfiri də bu sözləri ABŞ-a çatdıracağını bildirib.
Qeyd edək ki, İranla ABŞ-ın diplomatik münasibətləri 1979-cu ildə kəsilib və hazırda bu ölkənin İrandakı mənafeyini İsveçrə səfirliyi təmsil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR