Dneprpetrovskda milislərlə terrorçular arasında atışma başlayıb

Dneprpetrovskda milislərlə terrorçular arasında atışma başlayıb
# 27 aprel 2012 16:41 (UTC +04:00)
APA-nın “Komsomolskaya pravda v Ukraine” saytına istinadən yaydığı məlumata görə, milislər terrorçulardan birini saxlamağa cəhd ediblər, terrorçu təslim olmayaraq atəş açmağa başlayıb. Hazırda ərazidə atışmanın davam etdiyi bildirilir. Mənbə partlayış təhlükəsi ilə əlaqədar şəhər vağzalının boşaldılması xəbərini təkzib edib.
“Most Dnepr” saytı isə artıq bu gün baş verən partlayışlarla əlaqədar ilk saxlanılanların olduğunu bildirir. Lakin Ukrayna Təhlükəsizlik Xidməti hələlik bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, bu gün şəhərin müxtəlif hissələrində zibil qutularına yerləşdirilmiş partlayıcı qurğuların işə salınması nəticəsində ən azı 29 nəfər yaralanıb. Yaralılardan 5 nəfərin vəziyyəti ağır, 13 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Rəsmi orqanlar şəhərdə 4, kütləvi informasiya vasitələri isə 11 partlayışın baş verdiyini bildirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR