Müsavat Partiyası qurultay üçün Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərdən imtina edib

Müsavat Partiyası qurultay üçün Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərdən imtina edib
# 05 mart 2012 15:48 (UTC +04:00)
Partiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yığıncağın əvvəlində qərarların icra vəziyyəti və görülən işlər haqqında məlumat verilib.
Partiyanın qurultayının keçirilməsinə yer ayrılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanmış məktuba cavab məktubu müzakirə edilib. BŞİH-in 15 fevral tarixli məktubundan fərqli olaraq 2 mart tarixli məktubunda alternativ yerlərin göstərilməsinin müsbət addım olduğu qeyd olunub. Lakin qurultayın keçirilməsi üçün təklif edilən zallarda yerlərin sayı az olduğu əsas gətirilərək, həmin yerlərdə qurultay keçirilməsi məqsədəuyğun hesab edilməyib. BŞİH-ə növbəti məktubda qurultayın keçirilməsi üçün ən azı 800-1000 nəfərlik zalın zəruri olduğunu xatırlatmaq qərara alınıb.
Qeyd edək ki, BŞİH Müsavata qurultay üçün Maştağa qəsəbəsində Məmmədyarov adına Mədəniyyət Klubu, Əmircan qəsəbəsindəki Mədəniyyət Klubu, “Bakı” kinoteatrı və Bakıxanov qəsəbəsində Adil İsgəndərov adına Mədəniyyət Sarayını təklif edib.
Divanda Rusiyada keçirilən prezident seçkiləri və Qubada baş verən hadisələr müzakirə olunub.
Sonda cari məsələlərə baxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR