“Qarnizon və Qaravul Xidməti Nizamnaməsi”nə dəyişiklik müzakirə olunub

“Qarnizon və Qaravul Xidməti Nizamnaməsi”nə dəyişiklik müzakirə olunub
# 29 mart 2012 11:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin iclası keçirilib. Bu barədə APA-ya komitənin üzvü, millət vəkili Zahid Oruc məlumat verib. İclasda Azərbaycan prezidentinin imzası ilə parlamentə daxil olmuş «Qarnizon və Qaravul Xidməti Nizamnaməsi»nə dəyişiklik müzakirə edilib.

Z. Orucun sözlərinə görə, dəyişiklik insan hüquqları üzrə müvəkkilə (ombudsman) və Ombudsman aparatında yaradılmış Milli Preventiv Qrupun üzvlərinə istənilən vaxt xəbərdarlıq etmədən Silahlı Qüvvələrin qarnizonlarında, hauptvaxtlarda monitorinq aparmaq, baxış keçirmək, istənilən şəxslə təkbətək görüşmək, söhbət etmək, bütün sənədlərlə tanış olmaq, sənədlərin surətlərini almaq, akt tərtib etmək hüququ verir. Təklif olunan dəyişikliyə əsasən ombudsman baxışının nəticəsi olaraq müvafiq qurumlara tövsiyələr verə biləcək.

“İclasda qeyd olundu ki, bu dəyişiklik Azərbaycanın beynəlxalq qurumlar qarşısındakı öhdəliklərinə uyğundur. Eyni zamanda Silahlı Qüvvələr üzərində ictimai nəzarətin təşkil olunmasında mühüm addımdır”, - deyə deputat vurğulayıb.

Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR