Xamneyi Qoşulmama Hərəkatının sammitində BMT Təhlükəsizlik Şurasının fəaliyyətini tənqid edib

Xamneyi Qoşulmama Hərəkatının sammitində BMT Təhlükəsizlik Şurasının fəaliyyətini tənqid edib
# 30 avqust 2012 10:01 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Biz bura Qoşulmama Hərəkatına yeni nəfəs vermək və fəaliyyətini daha da aktivləşdirmək üçün toplaşmışıq”. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısında çıxış edən İranın ali dini lideri ayətullah Xamneyi deyib.

O, qərb ölkələrinin siyasətini, BMT Təhlükəsizlik Şurasının quruluşunu və fəaliyyətini tənqid edərək, nüvə məsələlərində bəzi ölkələrə azadlıq verilməsini, millətlərə qeyri-bərabər yanaşılmasını pisləyib: “Qoşulmama Hərəkatının təməlini qoyanlar ölkələrini başqa dövlətlərin təsirindən və müdaxiləsindən qorumaq üçün bu addımı atıblar. Elə bu məqsədlə bu gün hərəkat ayaqdadır. İslam dini bizə öyrədib ki, rəng və irq fərqi olmadan bütün insanların fitrəti eynidir. Dinimiz bizi paklığa, ədalətə, xeyirxahlığa və başqalarının dərdinə şərik olmağa çağırır. Bu xüsusiyyətlər insanı tövhidə yaxınlaşdırır”.

Qeyd edək ki, Xamneyidən sonra Misir prezidenti Məhəmməd Mursi çıxış edib. O, hərəkatın sədrliyini İran prezidentinə təhvil verməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR