Bakıda daha bir mağazada istehlakçıların aldadılması faktı aşkarlanıb

Bakıda daha bir mağazada istehlakçıların aldadılması faktı aşkarlanıb
# 14 fevral 2012 13:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı daha bir mağazada istehlakçıların aldadılması faktı aşkarlanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakının Azadlıq prospekti, 116 ünvanında Bəxtiyar Əşrəfəliyə məxsus mağazada aparılan yoxlama zamanı mağazada «Bütün mallara 30% endirim» qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (012 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR