Zaqatala dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş çətənə kolları aşkar edilib

Zaqatala dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş çətənə kolları aşkar edilib
# 19 sentyabr 2012 08:10 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Zaqatala dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Balakən rayon Polis Şöbəsinin əməkdaşları qoruqda özbaşına bitmiş və xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər olan ərazilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir nəticəsində qoruğun Balakən rayonunun Gərəkili kəndindən keçən hissəsində, Qubek dağının ərazisində 0,5 hektar torpaq sahəsində hələlik istintaqa naməlum şəxs tərəfindən xüsusi kultivasiya yolu ilə əkilmiş, hündürlüyü 60 sm-dən 2,5 metrə qədər 116 ədəd narkotik bitki hesab edilən çətənə kolu aşkar edilib. Narkotik tərkibli bitki istintaqa təhvil olunmaq üçün ərazidən yığılaraq götürülüb. Faktla bağlı Balakən rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR