Göyçay sakini həmkəndlisini bıçaqlayıb

Göyçay sakini həmkəndlisini bıçaqlayıb
# 20 oktyabr 2012 15:48 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şahsoltanlı kəndində qeydə alınıb. Kənd sakini, 1970-ci il təvəllüdlü Cəfərov Elmdar Əli oğlu şəxsi münasibətlər zəminində 1977-ci il təvəllüdlü Ağayev Ramin Mirsaleh oğluna bir neçə bıçaq xəsarəti yetirib. Ağır bədən xəsarətləri alan Ramin Ağayev Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. E. Cəfərov könüllü olaraq rayon Polis Şöbəsinə gəlib və hadisəni törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR