«Moody’s»: «Goldman Sachs» və «Morgan Stanley» müştəri qıtlığı ilə üzləşə bilər

«Moody’s»: «Goldman Sachs» və «Morgan Stanley» müştəri qıtlığı ilə üzləşə bilər
# 21 aprel 2012 16:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s» beynəlxalq reytinq agentliyi tərəfindən reytinqləri endirilə biləcək ABŞ bankları, o cümlədən «Goldman Sachs», «Morgan Stanley» kimi nəhəng qurumları müştərilərin azalması problemi ilə üzləşə bilər. «APA-Economics»in məlumatına görə, bu fikri ABŞ-ın ən iri investisiya və idarə edici şirkətlərindən olan «BlackRock» şirkətinin başçısı Larri Fink səsləndirib.

Qeyd edək ki, «Moody’s» hələ fevral ayında dünyanın 17 ən iri bankların reytinqlərinin endirilməsi ehtimalının olduğunu bəyan edib və bu barədə qərarın may-iyun aylarında qəbul ediləcəyini bildirib. L.Finkin sözlərinə görə, əgər reytinq agentliyi bu bankların reytinqlərini endirərsə, onun idarə edici şirkət daha etibarlı maliyyə qurumları axtarmalı olacaq, çünki «BlackRock»un müştərilərinin əksəriyyəti investisiya edilən qurumlar qarşısında müəyyən etibarlılıq və reytinq şərtləri qoyub.

Eyni zamanda, reytinqləri endirilə biləcək bankların rəqibləri müəyyən müştəri artımı gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR