Sovet dövründən qalmış əmanətlərin qaytarılması ilə bağlı yaradılmış xüsusi komissiyanın tərkibi müəyyənləşib

Sovet dövründən qalmış əmanətlərin qaytarılması ilə bağlı yaradılmış xüsusi komissiyanın tərkibi müəyyənləşib
# 03 aprel 2012 09:58 (UTC +04:00)
Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, komissiyanın sədri Razim Vəliyev (Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru), komissiyanın üzvləri Mirağa Abbasov (Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin baş məsləhətçisi), Seymur İsmayılov (Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin aparıcı məsləhətçisi), Şəmsəddin Sadıxov (Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin baş inspektoru), Faiq Qarayev (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş inspektoru), Faiq İsgəndərov (İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil, proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi), Maqsud Tağıyev (İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil, proqnozlaşdırma şöbəsinin məsləhətçisi), Samir Nəsibov (Maliyyə Nazirliyinin hüquq şöbəsinin baş məsləhətçisi), Natiq Rəsulov (Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin baş məsləhətçisi), Şahin Məmmədov (Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin daxili borcun uçotu və icmallaşdırılması şöbəsinin baş məsləhətçisi), Nizami İbrahimli (Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi), Babək Hüseynov (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsi müdirinin müavini), Elman Quliyev (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sosial təminat və humanitar yardım şöbəsinin sektor müdiri), Asim Əsədov (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, mətbuat və informasiya xidməti departamentinin aparıcı məsləhətçisi) və Fikrət Məmmədov (Dövlət Sosial Müdafiə Fondunun aparatının sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsi müdirinin müavini) təyin olunub.

Qərarda həmçinin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi və bu işin təşkil edilməsi, o cümlədən bu işin icrası üçün «Kapital Bank» ASS tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texniki və proqram təminatı məsələlərinin həll edilməsi məqsədilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Maliyyə Nazirliyinə ilkin olaraq 300 mln. manat məbləğində vəsait ayrılması da qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR