Bakıda mağazadan oğurluq edilməsinin qarşısı alınıb

Bakıda mağazadan oğurluq edilməsinin qarşısı alınıb
# 03 aprel 2012 16:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları Bakıda mağazanın qarət edilməsinin qarşısını alıb. İdarədən APA-ya verilən məlumata görə, ötən gecə saat 00.00 radələrində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 21 ünvanında yerləşən, Nəcəf Quliyevə məxsus mağazaya basqın olması barədə Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Daxil olan siqnal əsasında dərhal həmin mağazaya əməliyyat qrupu göndərilib. Hadisə yerinə vaxtında yetişən mühafizə polisi Kürdəmir rayon sakini, 22 yaşlı Amanmuradov Qayğısız Beqmurad oğlunu oğurluq edərkən iş başında yaxalayıblar. Onun götürdüyü məhsullar mağaza sahibinə qaytarılıb.

Mühafizə polisi tərəfindən saxlanılan Q. Amanmuradov ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR