Dövlət Gömrük Komitəsinin əməkdaşları xeyli məbləğdə valyutanın Azərbaycandan aparılması cəhdlərinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin əməkdaşları xeyli məbləğdə valyutanın Azərbaycandan aparılması cəhdlərinin qarşısını alıb
# 12 may 2012 08:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu ilin aprel ayında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən yerli və əcnəbi vətəndaşlar tərəfindən xeyli məbləğdə valyutanın bəyan olunmadan Azərbaycandan aparılması cəhdlərinin qarşısı alınıb. Bu barədə APA-ya DGK-dan məlumat verilib.

Keçirilən baxış zamanı Azərbaycan vətəndaşları - Samir Əliyevdən (Bakı-Dubay aviareysi) 2500 ABŞ dolları, Sadiq Tağıyevdən (Bakı-İstanbul) 5000 dollar, Rəfail Mirzəyevdən (Bakı-İstanbul) 3500 dollar, Nazim Səmədovdan (Bakı-Urumçi) 2200 dollar, Səfər Rəhimovdan (Bakı-İstanbul) 2100 dollar, Eldar Musayevdən (Bakı-Dubay) 4500 dollar, Asif Ələkbərovdan (Bakı-Moskva) 3500 avro, Rəfail Əlilidən (Bakı-İstanbul) 4700 dollar, Eldar Quliyevdən (Bakı-Dubay) 1500 dollar, Türkiyə vətəndaşı - Ekrem Özcandan (Bakı-İstanbul) 4000 dollar və Rusiya vətəndaşı - Nizami Xasməmmədovdan (Bakı-İstanbul) 1400 dollar aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR