Bakıda daha bir nəfəri əqrəb sancıb

Bakıda daha bir nəfəri əqrəb sancıb
# 03 avqust 2012 11:47 (UTC +04:00)
Əqrəb sancması ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 34 nəfərə çatıb

Bakı. Sevil Zeynalqızı-APA. Dünən Bakının Müşfiq qəsəbəsində bir nəfər qadını əqrəb sancıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya bildirib ki, əqrəb sancan 33 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, bu il yay mövsümündə Bakıda əqrəb sancması ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 34 nəfərə çatıb, onlardan 25-i xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR