Azərbaycanda 140-cı teatr mövsümünün açılışı Akademik Milli Dram Teatrında keçiriləcək

Azərbaycanda 140-cı teatr mövsümünün açılışı Akademik Milli Dram Teatrında keçiriləcək
# 03 sentyabr 2012 11:44 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanda 140-cı teatr mövsümünün açılışının Bakıda, Azərbaycan Dövlət Dram Teatrında keçirilməsi qərarlaşdırılıb. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Gənc Tamaşaçılar Teatrında keçirilən toplantıda açıqlayıb. Nazir müavini qeyd edib ki, Azərbaycan milli dünyəvi peşəkar teatrının 140-cı teatr mövsümünün açılışı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq: “Bildiyiniz kimi ötən il 139-cu teatr mövsümü əsaslı təmir olunan Mingəçevir Dövlət Dram Teatrında keçirilib. Bundan başqa, ilin sonuna Ağdam Dövlət Dram Teatrının təmirinin başa çatması nəzərdə tutulur. Bir il ərzində ölkə teatrlarında 109 tamaşa təhvil verilirsə, bunlardan 50-si dövlət sifarişli, qalan 59-u isə teatrın daxili imkanları ilə ərsəyə gəlir. Bu əvvəlki illərlə nisbətdə olduqca böyük rəqəmdir”.

Xatırladaq ki, Azərbaycan teatrının 140-cı mövsümünün açılışının Horadizdə fəaliyyət göstərən Füzuli Dövlət Dram Teatrında keçiriləcəyi bildirilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR